Logo

BANM məzunu və müəllimi: “Bura müəllimləri və tələbələri ilə fərqlənən unikal  təhsil ocağıdır”

10.12.2021 10:26 1197 baxış
IMG

“Bakı Ali Neft Məktəbi ölkəmizdə yüksək səviyyəli peşəkar müəllimləri və böyük potensiallı tələbələri ilə fərqlənən unikal təhsil ocağıdır”.

BANM-in və Heriot-Vatt Universitetinin Kimya mühəndisliyi ixtisasının bakalavr və magistr pilləsi üzrə məzunu, hazırda Kimya mühəndisliyi kafedrasında müəllim olaraq çalışan Natəvan Səmədova bu fikirdədir.

O, BANM-in ilk məzunlarından biridir. Natəvan Səmədova bildirir ki, o, abituriyent olanda BANM təzə yaradılmışdı və yeni yaradılan təhsil ocağına müraciət etmək bir az riskli hesab edilirdi, lakin bu qərarından heç vaxt peşman olmayıb:

“BANM-in yaradılmasından #10il ötür. Bu 10 il ərzində əvvəl tələbə kimi, sonra isə müəllim kimi burada olmuşam. Baxmayaraq ki, səmimiyyət və ailə mühiti eyni qalıb, keyfiyyət ildən-ilə artır. Hazırda Ali Məktəbimizdə mənim kimi buranın tələbəsi olmuş məzunlar dərs keçirlər və administrativ heyətdə çalışırlar. İnanıram ki, bu, təhsil proqramını təkmilləşdirməyə kömək edir, çünki biz sistemi daxildən bilirik. BANM ailəsinin üzvü olmaq və ölkənin insan kapitalının inkişafında rol oynamaq mənim üçün böyük bir qürurdur”.

Kimya və SƏTƏM fənlərini tədris edən Natəvan Səmədova deyir ki, BANM ona həm də çox gözəl tanışlıqlar və dostluqlar qazandırıb. Buradakı mühit və şərait onun uşaqlıq arzusu olan müəllimliyə sevgisini daha da artırıb və ulu babası, xalası kimi kimya müəllimi olmaq qərarını verib.

Xəbər lenti